MANŞETÜSTÜŞou-Biznes

MARUV aeroportda qarət edildi

“Eurovision” yarışmasında çıxışdan imtina edən ukraynalı müğənni MARUV Kiyev aeroportunda qarət edilib.

Ukrainskiye novosti” yazır ki, hadisə müğənni Tel-Əviv səfərindən qayıdarkən baş verib.

“Hansısa çox bilmiş uşaqlar zinət əşyaları özümlə daşıdığımı düşünərək çamadanımı açıblar və zinət əşyalarına oxşayan nə varsa aparıblar”, – deyə o vurğulayıb.

Müğənni əlavə edib ki, çamadanda qiymətli əşya olmayıb.