MANŞETÜSTÜŞou-Biznes

Məşhurlarin nadir xəstəlikləri

İngilis mediası dünya ulduzlarının əziyyət çəkdiyi xəstəliklərini araşdırıb. 

Selena Qomes autoimmun xəstəliyindən əziyyət çəkir. 25 yaşlı müğənniyə toxumaların xəstəliyi olan bu problem çox zərər vurub. Buna görə bədəndə öz hüceyrələrinə qarşı zəhərlənmə gedir. Bundan daxili orqanlar və dəri zərər görür. Selena eyni zamanda ürək xəstəliyyindən əziyyət çəkir. Onun böyrəyi isə rəfiqəsindən köçürülüb.

Ledi Qaqa fibromadan əziyyət çəkir. Tez-tez pristublar verən bu xroniki xəstəlik müğənniyə çox problemlər yaradıb. Ledi yuxusuzluqdan, yaddaş zəifliyindən və depressiyadan şikayətlənib.

Nik Conas diabet xəstəsidir. O, “Şəkər xəstəliyi ilə yaşamaq mümkündür, amma şətindir” deyə, açıqlamasında qeyd edib.

Gigi Hadid “haşimoto” xəstəliyindən əziyyət çəkir. 23 yaşlı model bu haqda ötən il danışıb. Bu, endokrinləri məhv edən nadir xəstəlikdir. Bu da modeli hədsiz arıqladır.

Bella Hadid “layma”dan əziyyət çəkir. “Həftələrlə yataqdan qalxa bilmirəm. Başım dumanlanır, heç nə görmürəm, çox yorğun oluram” deyə, model bildirib.