GündəmMANŞETÜSTÜŞou-Biznes

Məşhurların fotoşopsuz şəkillərini yaydı

“Vogue Türkiyə” ilk dəfə yeni buraxılışında tanınmışların fotoşopsuz şəkillərindən istifadə edib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, dərgi “Hiyləsiz gözəllik” layihəsinə başlayıb. Onlar məşhur xanımların şəkillərini çəkərək, heç bir effekt verməyib, fotoşop etməyiblər.

Layihədə “Netfilix”in böyük marağa səbəb olan “Atyical” serialının aktyoru Brigette Lundy-Paine də yer alıb. O, Kaliforniyada “Vogue Türkiyə” üçün ən təbii halı ilə kameralar qarşısına keçib.

Onunla yanaşı fotolarda aktrisalar Özge Özpirinçi, Şevval Sam, Ekin Beril, Derya Alabora, müğənnilər Nilipek, Aybüke Albere, model Cansu Akın və Ahsen Eroğlu, Merve Özkaynak, Selen Seyven, Aybüke Pusat, Meltem Kazaz,  Merve Morkoç, Ece Özel kimi tanınmışlar da yer alıblar.