HadisəMANŞETÜSTÜŞou-Biznes

Məhkəmədən Aysellə “ər qalmaqalı” yaşayan ananın əleyhinə qərar – AÇIQLAMA

Müğənni Aysel Əlizadə ilə “ər qalmaqalı” yaşayan Turanə Nəcəfova adlı qadının məhkəmə prosesi baş tutub.

Oxu.Az xəbər verir ki, Ayseli 13 illik əri Elçin Nəcəfovu əlindən alması ilə ittiham edən edən T.Nəcəfova məhkəməyə müraciət edərək, uşaqların anaya verilməsini tələb edib.

2017-ci ildə məhkəmə hər iki övladın anada qalmasına dair qərar çıxarsa da, bu dəfə baş tutan prosesdə Turanənin istəkləri məhkəmə tərəfindən rədd edilib.

Məhkəmə uşaqların ataya verilməsini məsləhət görüb. “Səni axtarıram” proqramının eksperti, vəkil Şəfiqə Nağıyeva isə hesab edir ki, psixoloji ekpertiza olmalıdır.

“Sənədlər Ədliyyə Nazirliyinin psixoloji ekspertiza şöbəsinə göndərilməlidir. Ona görə ki, 9 aydan çoxdur uşaq atanın yanındadır və təbii ki, atanın ona təsiri var. Ona görə də psixoloji ekspertiza öz rəyini deməlidir ki, uşaq ata tərəfindən öyrədilir, yoxsa yox?! Buna görə də iş ora göndərildi”, – deyə, Ş.Nağıyeva “Səni axtarıram” verilişinin efirində məlumat verib.

Turanə isə verilişin efirində “Uşaq 2 il 3 aydır məndən gizlədilir, qaçırdılır” ifadəsini dilə gətirib.

Oxu.Az-ın əməkdaşı qalmaqallı olayın digər qəhrəmanı Elçin Nəcəfovun vəkili Xəyal Bəşirov ilə əlaqə saxlayıb. Vəkil bildirib ki, onlar məhkəmənin qapalı keçirilməsini istəyib və bu vəsatət təmin olunub:

“Prosesin qapalı keçirilməsinə rəğmən Şəfiqə Nağıyevanın məsələ ilə bağlı hər hansı məlumatı ictimailəşdirməsi düzgün deyil və qanunvericiliyin tələblərinə ziddir. Qısa olaraq qeyd edim ki, iş ekspertizaya göndərilib. Ekspert rəyindən sonra proses davam etdiriləcək. Bu səbəbdən də hər hansı bir məlumatı hələ ki ötürə bilmərəm.

Verlişin reytinq naminə şəxsi ailəyə aid olan məsələləri efirə çıxarıb və bunu proqramın əsas mövzusu etməsi, həftələrlə müzakirəyə buraxması düzgün hal deyil. Azərbaycanın mental dəyərləri var. Hər halda boşanma baş verilən təqdirdə o, qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilir. Burada nikaha xitam verilib və qanunsuzluqdan söhbət belə gedə bilməz”.

Vəkil qeyd edib ki, bu məsələdə adı çəkilən müğənni Aysel Əlizadənin işguzar nüfuzuna xələl gəlib: “Məndə olan məlumata görə, Aysel qarşı tərəfi məhkəməyə verib. Şərəf və ləaqətin alçaldılması ilə bağlı xüsusi ittiham qaydası ilə bağlı hər iki tərəf məhkəməyə müraciət edə bilər. Turanə Nəcəfova da artıq bununla bağlı məhkəməyə üz tutub.

Onu da qeyd edim ki, Elçin Nəcəfov bununla bağlı məhkəməyə müraciət etməsə də, istisna da olunmur”.

Xoşagəlməz olayda adıçəkilən və ittiham olunan müğənni Aysel Əlizadənin keçirilən məhkəmə proseslərində iştiraki ilə bağlı isə hüquqşunas bunları deyib:

“Şəxsən mən Ayselin Elçinlə hər hansısa bir əlaqəsinin olduğu haqda heç nə eşitməmişəm. Üzdə olan şəxs haqqında hər hansısa bir məlumat yayılırsa, istər-istəməz ajiotaja və söz-söhbətə səbəb olur.

İnsanların diqqətini cəlb edir. Turanə xanım verlişə çıxmazdan öncə Elçin bəyə müraciət etsəydi, proses tamam başqa istiqamətdə gedəcəkdi”.

Qeyd edək ki, Elçin və Turanə Nəcəfov cütlüyünün iki qız övladı var. “Yetim” ləqəbi ilə el arasında tanınan Elçin Nəcəfovun avtosalonlara malik olduğu və tikinti işi ilə məşğul olduğunu deyilir.