MANŞETÜSTÜMədəniyyətŞou-Biznes

Məhkəmə Dəniz Çakır haqda qərar verdi

Getdiyi bir kafedə hicablı qadınları təhqir etməsi iddiası ilə haqqında istintaq başlayan aktrisa Dəniz Çakır barədə məhkəmə qərar verib.

Fakttv.com Türkiyə mediasına istinadən xəbər verir ki, “xalqı kin və düşmənçiliyə bilərəkdən təşviq etmə”, “şəxsi həyatın gizliliyinə müdaxilə etmək” maddələri üzrə təqsirləndirilən aktrisanın məhkəmə prosesi ləğv edilib.

Qeyd edək ki, iddia görə, Dəniz bir müddət öncə getdiyi bir kafedə 6 hicablı qadına yaxınlaşaraq “Bura Ərəbistandır? Nə gəzirsiniz burada. Səudiyyə Ərəbistanına gedin” sözlərini deyib. Sonradan onun yaxınları yayılan iddiaların yalan olduğu barədə açıqlama versə də, artıq İstanbul Prokurorluğu Dəniz Çakırla bağlı istintaqa başlayıb.
Lakin bundan əvvəl məhkəmədə ifadə verən aktrisa haqqında səsləndirilən ittihamlarla razılaşmamış, onun da yaxınları arasında hicablı xanımların olduğunu bildirmişdi.

Comment here