GündəmMANŞETÜSTÜŞou-Biznes

“Ledi Qaqa özünü mənə oxşadır” – Muazzez Ersoy

Müğənni Muazzez Ersoy ötən gecə konsert proqramı ilə tamaşaçıların qarşısına çıxıb.

Fakttv.com-ın türk mediasına istinadən xəbərinə görə, ifaçı konsertdə dəyəri 60 min lirə (təxminən 18 min manat) olan libas geyinib. Ersoyun paltarı “Swarovski” qaşlarla bəzədilib.

Digər qırmızı libas üçün isə 30 metr “Valentino” parça istifadə edilib. Muazzez jurnalistlərin “İnstaqramdakı fotoşoplu şəkilləriniz Ledi Qaqaya bənzətildi. Nə düşünürsünüz” sualına “Əsas Ledi Qaqa özünü mənə oxşadır. Tərzimi İnstaqramda görüb yəqin. Mən ondan daha gözələm. O, çirkindir” cavabını verib.

Ersoy 2 aydır hazırlandığı 2,5 saat davam edən konsertində 23 şarkı səsləndirib.