AraşdırmaMANŞETÜSTÜ

KÜRÜ Oğrulgunda ittiham olunan SƏFİR​ ƏTRAFINDA NƏ BAŞ VERİR?​ (ARAŞDIRMA)

Xarici işlər nazirliyində son bir neçə ildə xüsusilə intensivləşən qalmaqallar serialı davam etməkdədir.

Növbəti hissə Azərbaycanın Birləşmiş Ərəb Əmirliliklərindəki səfiri ətrafında gedir. Mətbuatda yayılan məlumata görə səfir Daşqın Şikarov xeyli miqdarda pul və kürü mənimsəməkdə ittiham olunub.

Fakttv.com xəbər verir ki,xəbəri ilk olaraq bu kimi məlumatların hakimiyyət dairələrindən ötürüldüyü şübhə doğurmayan virtualaz.org və haqqın.az saytları yayıb.​ haqqin.az prezidentin saytına istinad etdiyini bildirərək Daşqın Şikarovun hələ 25 fevral sərəncamı ilə vəzifəsindən geri çağrıldığı haqda məlumat dərc edib. Lakin qəribədir ki, prezidentin saytında belə bir sərəncam tapılımır. ​ Xarici işlər nazirliyi daxilindən də Daşqın Şikarov barədə maraqlı məlumatlar daxil olub. Əvvəla, iddia edilir ki, haqqin.az saytının yazdığına uyğun olaraq onun geri çağrılması doğrudur. Şikarovun yerinə Azərbaycanın Əlcəzairdəki səfiri Mahir Əliyevin göndərildiyi və etimadnaməsini qarşı tərəfə təqdim etdiyi bildirilir. Lakin qeyd edildiyi kimi, prezidentin saytında Daşqın Şikarovun geri çağrılması və yerinə Mahir Əliyevin təyin edilməsi hələ ki, təsdiqlənmir. ​ İddialardan biri D.Şikarovun Azərbaycanın Pakistanda səfiri işlədiyi zaman həmin ölkədə Heydər Əliyev Fondu adından xeyriyyə işləri görüləcəyi adı ilə Azərbaycanın nazirlik və komitə rəhbərlərindən xeyli miqdarda pul almasıdır. Mənbələr bildirir ki, D.Şikarov yığdığı vəsaitin kiçik bir hissəsini Pakistanda xeyriyyə, tikinti işlərinə sərf edərək, qalanını özü mənimsəyib. “Lakin onun həmin pulları tək özünə götürdüyüə inanmaq sadəlövhlük olardı. Təbii ki, Şikarov həmin məbləğdən bəzi məsul şəxslərin və nazir Elmar Məmmədyarovun da payın çatdırıb”, deyə mənbə iddia edib.​ ​ Daşqın Şikarov haqda verilən digər məlumatlarda onun hələ Azərbaycanın İstanbuldakı baş konsulluğunda işlədiyi vaxt hansısa maliyyə maxinasiyasına görə geri çağrıldığı deyilir. Mənbə bildirir ki, ixtisasca şərqşünas olmasına baxmayaraq Şikarov baş konsulluqda maliyyə işlərinə məsul olub. “Təbiətcə zirək, yalan danışmaqda usta və lazımi vəzifəlilərə rüşvət verə bilmək qabiliyyətlərinə görə o, nəinki vəziyyətdən çixa bilib, hətta diplomatik vəzifəyə də keçib və sonunda E.Məmmədyarovun təqdimatı ilə səfir edilib. Nazirlə işbirliyi və dostluğu sayəsində bir çox yaxın qohumlarını, o cümlədən qardaşı və qardaşı oğlunu səfirliklərdə müxtəlif vəzifələrə yerləşdirib” ​ Mənbələrdən birinin versiyasına əsasən Daşqın Şikarovla bağlı baş verən qalmaqal onun prezidentin BƏƏ hökmdarına göndərdiyi hədiyyələr içərisindən kürü qutularının oğranmasından sonra meydana çıxıb. Bundan sonra aparılan araşdırma nəticəsində kürünün məhz​ D. Şikarov tərəfindən oğurlanması, onun Pakistanda işlədiyi dövrdə H.Əliyev Fondu adından istifadə edərək bir çox yüksək rütbəli şəxslərdən, özəl şirkətlərdən pul topladığı, hətta Pakistanda fəaliyyət göstərən azərbaycanlı fahişələri ilə əlaqələri və​ “qadın alveri”ndə​ adının hallandığı ortaya çıxıb. Məsələ o dərəcədə hiddət doğurub ki, Şikarovun geri çağrılması prezidentin sərəncamı olmadan mediayaya çıxarılıb. Bununla da vəziyyət daha da qarışıq və mürəkkəb şəkil alıb. Hakimiyyətə yaxın mətbuat və XİN-dəki mənbələr Daşqın Şikarovun oğurluq, korrupsiya əməllərini və geri çağrıldığını elan edir, bunu təsdiq edəcək prezident sərəncamı isə tapılmır.​ ​ ​ ​ Beləliklə baş verən hər növbəti qalmaqal xarici işlər nazirliyi sistemində korrupsiya, rüşvət, qohumbazlıq və digər qanunsuz əməlləri qabarıq formada üzə çıxardır. Bildirilir ki, bütün bunlar hələ aysberqin görünən hissələridir. XİN-də və səfirliklərdə qanunsuzluqlar, qalmaqallar və korrupsiya əməlləri o qədər çoxdur ki, hamısını ört-basdır etmək mümkün olmur.​ ​ Lakin vəzifəsinə yararsızlığı çoxdan məlum olan nazir Elmar Məmmədyarov arası kəsilməyən qalmaqallar və biabırçılıqlara baxmayaraq hələ ki, ali hakimiyyətdəki himayədarları sayəsində yerində saxlanılır. “Bildiyiniz kimi bu cür məlumatların digər maraqlı ölkələrdə də izlənildiyini nəzərə alsaq, ölkənin imicinin necə zədələndiyini görmək olar, Məmmədyarovun və komandasının çoxdan bir yerdə qalıb iylənmiş suya dönmələri, XİN-i yerlə yeksan etməsi artıq faktdır. Gec də olsa bunun həllinin tapılması təcili zərurətdir. İş o yerə çatıb ki, artıq XİN-in ləğv edilərək, başqa qurum adı altında yenidən təşkil edilməsi mövzusu​ yüksək səviyyədə​ müzakirə edilir”, XİN – dəki adının çəkilmısini istəməyən mənbə əlavə edib.​

Qarşı tərəfin fikirlərini dərç etməyə hazırıq.

Fakttv.com