ManşetMANŞETÜSTÜ

Kommunal xidmətlərlə bağlı yenilik – Nazirlik açıqladı

Kommunal xidmətlərlə bağlı yenilik – Nazirlik açıqladı

Kommunal xidmətlərlə bağlı yenilik - Nazirlik açıqladıEnergetika Nazirliyinin əlaqələndiriciliyi ilə Strateji Yol Xəritəsinə dair müzakirələr aparılıb.
Nazirlikdən Sonxeber.az-a verilən məlumata görə, Energetika Nazirliyinin əlaqələndiricisi olduğu “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair” Strateji Yol Xəritəsi üzrə nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi üçün koordinasiya prosesinin təşkili ilə bağlı energetika nazirinin 10 noyabr 2017-ci il tarixli əmri ilə yaradılmış işçi qrupun üç iclası keçirilib.
Bildirilir ki, İşçi qrupunun tərkibi Energetika, İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, “Azərenerji”, “Azərişıq”, “Azəristiliktəchizat”, “Azərsu” açıq səhmdar cəmiyyətlərinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (Asan Xidmət) və Tarif (qiymət) Şurasının Katibliyinin nümayəndələrindən formalaşdırılıb.
İclaslarda da adıçəkilən yol xəritəsində nəzərdə tutulmuş tədbirlərin vaxtında icrası və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb. Bildirilib ki, kommunal xidmətlərin inkişafına dair strateji yol xəritəsinin bir illik hesabatının hazırlanması əlaqələndirici qurum kimi Energetika Nazirliyinə həvalə olunub. Bu məqsədlə “Azərenerji”, ” Azərişıq” və “Azərsu” açıq səhmdar cəmiyyətlərinə müvafiq göstərişlər verilib. Bu qurumların əsas və digər icraçı qismində iştirak etdikləri bütün tədbirlər üzrə görülmüş işlərə dair yekun məlumatları cari ilin 1 dekabrına qədər Energetika Nazirliyinə təqdim etmələri razılaşdırılıb.

Comment here