MANŞETÜSTÜMaraqlı

KÖHNƏNİ ver, YENİSİNİ apar – “Audi”

Vaxtaşırı olaraq hər bir avtomobil sahibində avtomobilini yeniləmək arzusu yaranır. Çoxları bu məqamda avtomobilini yaxşı qiymətə satmaq üçün günlər, həftələr və hətta aylarla vaxt itirir.

Müasir dinamik həyat ilə bu artıq uyğunlaşmır. Vaxtının və rahatlığının qədrini bilənlər üçün “Audi Azərbaycan” treyd-in kampaniyasını təklif edir. İstənilən marka və model avtomobilinizi təhvil verib yeni “Audi” avtomobilinə sahib ola bilərsiniz.

“Audi Azərbaycan” artıq yeddi ildir ki, fəaliyyət göstərir və bu illər ərzində geniş müştəri bazası əldə etməyə müvəffəq olub. Müşahidələrə görə brendə loyallığı ilə seçilən “Audi” sahibləri öz avtomobilini orta hesabla üç ildən bir dəyişir. Bununla yanaşı, “Audi” brendinə artan maraq bir çoxlarını onun pərəstişkarına çevirib və onlar da növbəti avtomobillərinin radiator barmaqlığında dörd halqanın olmasını arzulayırlar.

Bunları nəzərə alaraq, şirkət treyd-in kampaniyasına start verib. Bu kampaniya çərçivəsində istənilən marka və model avtomobil ilə “Audi Bakı Mərkəzi”nə gəlib, onu nağd aldıqda ödənişin bir hissəsi kimi, kreditlə aldıqda isə ilkin ödəniş əvəzi kimi verib, “Audi” modellərindən birini ala bilərsiniz.

Təhvil verilən avtomobil şirkətin mütəxəssisləri tərəfindən yoxlanılır və bazarda mövcud qiymətlərə uyğun qiymətləndirilir. Nəticədə avtomobilini yeniləmək istəyən müştəri vaxtını itirmədən, rahat şəraitdə və şəffaf şəkildə arzusuna nail olur.

“Audi” istəyirsiniz? “Audi Bakı Mərkəzi”nə müraciət edin.

Ünvan: Babək prospekti 43A

Telefon: +994 12 570 00 77 / +994 50 570 00 77