ManşetSiyasət

İlham Əliyev və Putin görüşdü – Foto

Soçi şəhərində Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında görüş keçirilib.

Fakttv.com-un məlumatına görə, görüş “Valday” beynəlxalq diskussiya klubunun 16-cı illik toplantısı çərçivəsində bu gün baş tutub.

Görüşdə dövlət başçıları iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, ticari-iqtisadi sahədə əlaqələrin inkişafının müsbət dinamıkasını qeyd ediblər.