ManşetSiyasət

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

Azərbaycan Republikasının Prezidenti İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Zati-aliləri cənab Stevo Pendarovskiyə məktub göndərib.

Fakttv.com məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Prezident,

Şimali Makedoniyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və rifah diləyirəm”.