ManşetSiyasət

İlham Əliyev nazir müavinini işdən çıxardı

Müdafiə sənayesi nazirinin müavini Tofiq Rəfiyev vəzifəsindən azad olunub.

Report xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.

Bu vəzifəyə hələlik yeni təyinat olmayıb.

Qeyd edək ki, Tofiq Yusuf oğlu Rəfiyev 1942-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Prezidentinin 15 dekabr 2006-cı il tarixli sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini təyin edilmişdi.