MANŞETÜSTÜŞou-Biznes

“İçki, siqaret və…” – Pərvin Abıyevanın bu fotosu olay yaratdı

Sosial şəbəkədə cəsarətli paylaşımları ilə gündəmdə olan aktrisa Pərvin Abıyeva yenə diqqət mərkəzinə düşüb.

Fakttv.com xəbər verir ki, tətilini Avropada davam etdirən aktrisanın İnstaqram hesabında paylaşdığı foto müzakirə mövzusuna çevrilib.

Pərvin bu dəfə kameranın obyektivinə rəfiqəsi ilə tuş gəlib. İçki masasında poza verən rəfiqələrin fotosunu on minlərlə sosial şəbəkə istifadəçisi bəyənib.

İzləyiciləri Pərvinin fotosuna “Yaxşı pulum olsaydı, səninlə dünyanı gəzərdim”, “Nə qədər içmisiniz?”, “Stola bax, içki, siqaret…” kimi rəylər yazıblar.

Fotonu təqdim edirik: