AraşdırmaMANŞETÜSTÜ

Hicabın Beyni Örtdüyünü Düşünən Bütün Beyinsizlərə(Bizim Araşdırma)

Kütləyə uyan insanlar var, hansılar ki, kütlənin fikrini etalon kimi qəbul edərlər. Bu yazıqların öz fikirləri, öz zövqləri olmaz. Müasirliyi ateistlikdə, deistlikdə, açıq-saçıq geyinməkdə görərlər, məsələn bir əsəri küyə düşüb oxuyarlar, amma sitayiş etdikləri 3-4 nəfər həmin əsəri tərif etdisə, vəssalam, boğazları yırtıla-yırtıla bu əsərin möhtəşəmliyindən, yazıçının İQ-sindən, nə bilim nəyindən danışarlar. Atasına lənət əgər əsərdən bir şey başa düşüblərsə haaa.
Bu bədbəxtlər ingilis, ya nə bilim, rus dilində də 8 dənə söz əzbərlədilərsə, vəssalam, iş bitmişdir, ədalarına tab gətirməyə ürək lazımdır. Heç kimi bəyənməzlər. Elə bilərlər ki, bunlardan yoxdur, düşünərlər ki, hamı bunlara həsəd aparır. Hələ bu harasıdır? Bunlar bir də instituta-zada da girdilərmi? Bahhh. Uçurlar göydə. Elə danışarlar ki, guya institutda bircə bunlar oxuyur. Vallahi, azərbaycan dilində yazdıqları bir cümlədə bir dənə orfoqrafiya səhvi olmayan söz tapa bilmərsən. Qrammatikadan xəbərləri yoxdu haaa.
Hələ bu harasıdır? Ölərlər mübahisə üçün. Həvəslərini öldürməmək üçün danışmağa başlayarsan, bahooo, peşman olarsan. Çünki məlum olar ki, ondan-bundan eşitdikləri 3-4 kəlmə söz var, o kəlmələri o yana da çevirərlər bu yana da. Ortada məna olmaz, sadəcə boş-boş söz yığını. Qalarsan baxa-baxa. Nə deyəsən?
Bu insanlar dini məsxərəyə qoymağa fürsət axtararlar, bunun üçün hər adi müzakirəni dini mübahisəyə gətirib çıxarmaq üçün dəridən-qabıqdan çıxarlar. Amma gülməlisi də odur ki, dindar tanışlarından sonuna qədər istifadə edərlər.
Məsələn, mən müsəlmanam, bir insanla tanış olaramsa, onun kafir olduğunu bildiyim an uzaqlaşaram ondan. Nəyimə lazım? Amma bu kütləyə uyanlar var haaa, İslamı bəyənməyənlər, Allahın qanunlarında səhv axtaranlar, əstəğfürullah, bax, onlar dindarlardan əl çəkməzlər, yaxşı mənada eee. Hətta dindarlarla evlənərlər. Təbii ki, varlı dindarlarla…
Hələ bu harasıdır? Bu binəva bədbəxtlər hicab, niqab gördülərsə, vəssalam. Kim tutar bunları? Çərənləyəcəklər eee, beyni-başı gedəcək insanın. Gülməlisi də odur ki, hicablılarla gözəl münasibəti kəsməzlər, hicablılardan maksimal dərəcədə yararlanarlar.
Və ƏSAS MƏSƏLƏ: bu bədbəxtlər hicablı, saqqalı müsəlman görəndə yüz ad qoysalar da, LGBT-ni dəstəkləyərlər, söhbət homoseksuallardan gedərsə, vəssalam, sinələrini sipər edərlər, humanist olarlar. Məlum olar ki, içlərindəki kin, nifrət bircə müsəlmanlara qarşıdır. Müsəlman kişi saqqal saxlasa, başlarına daş düşər. Amma bu günkü dəbə uyaraq saqqal saxlayan adi küçə avarasının saqqalına baxmaqdan doymazlar.
Belələrindən çox yazmaq olar, çooox. Özlərini dünyanın xilaskarı hesab edərlər. Qurban bayramına qətliam kimi baxarlar, amma o qurbanlıq qoyunun ətinin kababını bir marça-marçla, bəh-bəhlə yeyərlər ki… Nə deyəsən?
Üstəlik də lovğa-lovğa “geyim əxlaq ölçüsü deyil” dedikləri halda, özlərini təkzib edərək hicabı geridəqalmışlıq, savadsızlıq, cahillik hesab edərlər. Geyim əxlaq ölçüsü deyilmiş, amma savad, bilik göstəricisi imiş. Gülüncdür!
Ətrafınızda belələri varsa, onlara mənim adımdan deyin ki, ay bədbəxtlər hicab qadının əzalarını örtür, BEYNİNİ YOX! Bunun fərqini anlamamaq sizin səviyyənizi göstərir. Mənim tanıdığım hicablı bacılar var ki, 5-6 xarici dil bilirlər, xaricdə təhsil alıblar, yüksək mədəniyyətə malikdirlər, elmi konfransların bəzəyidirlər. Siz dünyanının ən çətin əlifbalarından, ən çətin dillərindən olan ərəb əlifbasını, ərəb dilini öyrənə bilərsinizmi? Dəqiq elm olan təcvidi qavraya bilərsinizmi? Quranı əzbər edə bilərsinizmi? Amma yaşından asılı olmayaraq bu gün milyonlarla müsəlman qadın bunu bacarır, öyrənir, öyrədir. İngilis dilini öyrənmək bacarıqdır, istedaddır, ərəb dilini öyrənmək cahillik, savadsızlıq? Ay bədbəxtlər!
İnstitutda oxumaq dünyaya sahib olmaq deyil! Hər ali təhsili olan da alim deyil! Müzakirə qabiliyyətiniz olsa, müzakirəni mənasız mübahisəyə çevirməsəniz, hicablı qadınlar sizi istədiyiniz mövzuda susdurar!
P. S. HİCABLI QADINLARI AŞAĞILAMAĞA ÇALIŞAN, HİCABIN BEYNİ ÖRTDÜYÜNÜ DÜŞÜNƏN BÜTÜN BEYİNSİZLƏRƏ İTHAF EDİRƏM.
P. S. Sözümü ətrafınızdakı bu tip insanlara çatdıranda deyin, bir vedrə soyuq su qoysunlar yanlarına, əsəbləşəndə başlarını salsınlar o suya keçəcək.

Fakttv.com UmmuOmar