MANŞETÜSTÜŞou-Biznes

“Hicab bağlasaq da, tənqid edəcəklər”

Müğənni Lətifə Soyuöz geyimlərini tənqid edənlərə cavab verib.

Fakttv.com  bildirir ki, sənətçi “Hər şey daxil” verilişində bildirib ki, incəsənət adamlarının səhnə geyimləri seçilməlidir:

“Biz səhnə üçün geyinirik. Səhnə gözəlliyi, cazibəni sevir. Geyimlə insanlara örnək ola bilmərik. Filipp Kirkorovun gözəl səhnə geyimləri var. Biz də o çıxanda fərqli bir şey görürük. O deməkdir ki, shəri bütün Rusiya tac taxıb, uzun şleyflə küçədə gəzsin?

Onsuz da nə geyinsək, hicab bağlasaq da, bəyənməyəcəklər, tənqid edəcəklər. Mediatik olmaq da elə budur”.