MANŞETÜSTÜSiyasət

Gürcüstanla sərhəd danışıqlarına start verilir

Bu gün Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalianın Bakıya səfəri gözlənilir.
Fakttv.com  xəbər verir ki, L.Darsalia sabah Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın ilk iclasında iştirak edəcək.

Qeyd edək ki, L.Darsalia komissiyanın Gürcüstan tərəfindən olan sədridir.