Cəmiyyət

Göyçayda evdən pul oğurlayan şəxs saxlanılıb

Göyçay Rayon Polis Şöbəsinə rayon ərazisindəki evlərin birindən 4900 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Fakttv.com-a verilən məlumata görə, müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, müvafiq araşdırmalar aparılıb.
Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Çaxırlı kənd sakini Elməddin Vahidov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
E.Vahidov törətdiyi cinayət əməlini etiraf edib və oğurladığı pulun hamısını əyləncə məqsədilə xərclədiyini bildirib.
Faktla bağlı Göyçay RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.