MANŞETÜSTÜŞou-Biznes

“Gecə sənə zəng vursam gələrsən?” — Verilişdəki bu görüntülər tənqid olundu + VİDEO

"Gecə sənə zəng vursam gələrsən?" — Verilişdəki bu görüntülər tənqid olundu + VİDEOMüğənni Mətanət Əsədova aparıcı Zaur Kamalın təqdimatında yayımlanan “5 də 5” verilişinin qonağı olub.
Fakttv.com bildirir ki, Zaurun verilişdə Mətanət haqda dediyi sözlər izləyicilərin reaksiyasına səbəb olub.

O, Mətanətin proqramdakı ani davranışlarından gileylənib: “Mən səni görəndə xəcalət təri tökürəm, həyəcanlanıram. Çünki sən arada adamın üstünə elə gəlirsən ki, məcbur qalırsan həyəcanlanasan. Boşandırmasan əl çəkməzsən”.

Mətanət isə onun zarafatına belə cavab verib: “Mən başqaları kimi sakit durub, altdan-altdan iş görmürəm. Nə varsa üzümdədir. Özü də mən ölüb-qalsam sən bir çörək də verməzsən. Sənə gecə zəng vursam gələrsən?”.
Zaur ifaçının sözünü kəsərək, ondan mahnı oxumasını xahiş edib.

İzləyicilər isə sosial şəbəkədə verilişin sözügedən görüntülərini tənqid ediblər.

Comment here