Cəmiyyət

Gənclər Fondunun dəstəyi ilə “Region gənclərindən könüllülük hərəkatına ilk addım” layihəsinin icrasını başa çatdırdı(Foto)

PRESS-RELİZ “Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Region gənclərindən könüllülük hərəkatına ilk addım” layihəsinin icrasını başa çatdırdı. Sentyabr – Noyabr aylarında “Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Region gənclərindən könüllülük hərəkatına ilk addım” layihəsini uğurla icra etdi. Layihə 3 ay davam etdi və ümumilikdə 9 tədbir həyata keçirildi. Layihə müddətində keçirilmiş tədbirlərdə Azərbaycan Respublikasının Gənclər Fondunun əməkdaşı Rahim Rəhimov, Zərdab rayon İcra Hakimiyyətinin nümayəndəsi Tural Nağıyev, Zərdab rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev, Zərdab rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Ələkbər Kərimov iştirak etdi. Layihənin məqsədi region və kəndli gəncləri könüllülük və ictimai fəaliyyətə cəlb etməklə onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə nail olmaqdan ibarətdir. Keçirilmiş tədbirlər haqqında məlumat: Zərdab rayonunda Təqdimat “Zərdabi yolu” Tədris Mərkəzində maarifləndirici tədbir Ucar rayonunda Təqdimat “Hədəfim” Tədris Mərkəzində maarifləndirici tədbir Şıxbağı kəndində maarifləndirici tədbir Layihə çərçivəsində iki gün Film günü keçirildi. İlk gün 9 noyabr Azərbaycan Dövlət Bayraq gününə təsadüf etdiyindən region gənclərinə “Mübariz” filmi, ikinci film günündə “Sonsuzluk teorisi” adlı motivasiya filmi nümayiş etdirilib. Region gənclərinin xüsusi marağına səbəb olan Film günlərindən sonra keçirilmiş intellektual yarışda 12 komanda iştirak etdi və iki günlük intellektual yarışda ikinci günə – Final oyununa namizədlik qazanmış 6 komanda sertifikatla təltif olundu. Layihə çərçivəsində keçirilən tədbirlərdə könüllülük barədə hazırlanmış geniş videoçarx nümayiş olundu, gənclərin könüllü kimi qeydiyyatdan keçmələri təşviq olundu. Layihə nəticəsində gənclərdə təşəbbüskarlıq vərdişləri yarandı, və layihədə iştirak edən gənclər müxtəlif tədbirlərdə iştirak etməklə ictimai fəaliyyətlərini yüksəldəcəklərinə, bilik və bacarıqları inkişaf etdirəcəklərinə söz verdilər. Xüsusən layihə çərçivəsində keçirilən tədbirlər toplusunda iştirak edən gənclərdə ictimai fəallığa mane ola biləcək psixoloji kompleks aradan qalxmış oldu və gənclərdə sosiallaşma bacarığı inkişaf etdi. Keçirilən maarifləndirici tədbirlərdə Gənclər dəstəyinə görə Azərbaycan Respublikasının Gənclər Fonduna xüsusi təşəkkürlərini bildirdilər. Və biz də “Gəncliyə Dəstək” İctimai Birliyi olaraq bizə həmişə dəstək olan Azərbaycan Respublikasının Gənclər Fonduna minnətdarlığımızı bildiririk, gənclərə həmişə dəstək olduqları üçün onlara və KİV-lərdə məlumatlarımızın paylaşılmasına dəstək olan xəbər saytlarına təşəkkür edirik. Təşkilat olaraq həmişə gəncliyimizin fəal gənclərə cevrilmələri üçün çalışacağıq ki, bu da onların gələcək uğurlarının təməli olacaq.

Hörmətlə, “Gəncliyə Dəstək” ictimai birliyinin sədri: Vəfa Xəlilli