MANŞETÜSTÜŞou-Biznes

Fəridlə Aygün boşandı: Bir evdə qala bilərik – VİDEO

Rusiyanın məşhur “Səs” müsabiqəsində populyarlıq qazanan müğənnilər Fərid ilə Aygün Əsgərovalar 19 illik ailə münasibətlərinə son qoyublar. Üç övlad sahibi olan cütlük boşanıb.

Bunu müğənni Aygün Əsgərova Oxu.Az-a açıqlamasında deyib.

“Söz-söhbətlərə aydınlıq gətirmək istəyirəm. Biz rəsmən boşandıq. Dincəlmək üçün münasibətlərimizə bir az fasilə verdik. İnsan çıxış yolu tapmayanda, istəyir, özünə qapasın.

Bizdə də eyni cür oldu. Biz düşmən deyilik. Üç oğlan övladımız var. Dost qalmışıq. Biz bir səhnədə çıxış edə bilərik. Bir evdə qala bilərik. Uşaqlarımızı da indi bir yerdə böyüdüb, tərbiyə veririk”.

Aygün yerli telekanallarda görünməməyinin səbəbini verilişlərin bayağı və şit olması ilə əsaslandırıb. O, kanallarımızda baş alıb gedən özbaşınalıqlara göz yuma bilməyib, onların fəaliyyətini tənqid edib:

“Kanallarımıza baxanda çox əsəb keçirirəm. Deyirəm, onların arasında olmaq istəmirəm (gülür). Düzdür, mənə çox dəvətlər gəlib, çıxmışam efirlərimizə. Amma indi çox nadir hallarda. Hesab edirəm ki, bizim televiziya kanallarımız bərbad vəziyyətdədir. İndi hər şeyin yaxşılığa doğru dəyişdiyini söyləyirlər. Təki elə olsun.

Proqramlar çox məntiqsiz və şitdir. Efirə müğənniləri seçib çıxarmalıdırlar. Baxıram, görürəm ki, hər şey tam əksinədir. Kim məni tanıyır, çağırır və öz məclislərinə dəvət edir. İndi televiziyalarımızın öz standartları var. Mən caz ifaçısıyam, məni efirə çağırsınlar deyə nəsə etməkdən uzağam”.