CəmiyyətMANŞETÜSTÜŞou-Biznes

Fərdanın boşandığı arvadı: Viski masasında oturan qadın ailəmi dağıtdı

Xəbər verdiyimiz kimi, aktyor Fərda Xudaverdiyev ilk həyat yoldaşından ayrılıb, ikinci dəfə ailə qurub. Hətta onun üçüncü oğlu da dünyaya gəlib.

Fakttv.com-ın Axşam.az-a istinadən məlumatına görə, aktyorun ötən gün xəbəri təsdiqləməsi və övladlarının şəklini “Üç aslanım: Mətinim, Aminim, Raulum” başlığı ilə paylaşması ilk xanımı Günel Xudaverdiyevanı özündən çıxarıb.

Səssizliyini pozan Günel açıqlamasında qalmaqallı sözlər deyib:

“Fərda Xudaverdiyevin ilk və əsl həyat yoldaşı olmuşam. Amin və Mətini dünyaya gətirən ana mənəm. Doqquz illik xoşbəxt ailə həyatım var idi. Qayınanam, baldızım, qayınatamla heç bir problemim olmayıb. Lakin bu qadın, yəni Raulun anası ailəmdə dəfələrlə problem yaradıb. Doqquz il kənardan bu ailəni dağıtmaq üçün əlindən gələni edib. O qadın dəfələrlə Fərdanın viski masasında olub. Sonda ailəmizin dağılmasında səbəb o və dünyaya gətirdiyi uşaqdır.

O uşaq biz ailəli olarkən dünyaya gəlib. Boşanma prosesi noyabrda baş verib. Uşağın bir yaşı isə martda olacaq. Bu zamana kimi kənardan izləyirdim. Amma dünənki paylaşımlar məni susdura bilməz. O uşaq mənim oğlanlarımın qardaşı deyil, ola da bilməz”.

Qeyd edək ki, F.Xudaverdiyev ilk həyat yoldaşından ötən il boşanıb. Daha sonra ikinci dəfə gizli ailə qurub. Onun üçüncü oğlu altı ay əvvəl doğulub.

Fakttv.com

Comment here