MANŞETÜSTÜÖlkə

Erməni əsgər başından vuruldu

Ermənistan ordusunun əsgəri naməlum şəraitdə yaralanıb.


Fakttv.com “news.am”-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsurun Ovannisyan “Facebook” səhifəsində yazıb.

Hadisə aprelin 30-da Azərbaycanla sərhəddə yerləşən Ermənistanın Tavuş vilayətində dislokasiya olunan hərbi hissədə baş verib. Əsgərin kəllə nahiyəsindən yaralandığı qeyd edilib. Onun vəziyyəti sabit-ağır qiymətləndirilir. Yaralı əsgər helikopterlə Yerevana aparılıb.