MANŞETÜSTÜŞou-Biznes

Elza həmkarı ilə efirdə barışdı – Video

Müğənni Xatun Əliyeva küsülü olduğu Əməkdar artist Elza Seyidcahanla da barışıb.

Fakttv.com  xəbər verir ki, sənətçilərin barışıq anını “Şou news” verilişi görüntüləyib. İfaçıları Əməkdar artist Vasif Məhərrəmli barışdırıb.

“Heç kimə kobudluq etməmişəm, xətrinə dəyməmişəm. Əksinə, mənim xətrimə dəyilib. Bundan sonra parodiya edəndə, yəqin, mənə xəbər edər. Mənə aid olmayan şeir demişdi, xətrimə dəydi” deyə, Elza söyləyib.

Xatun isə artıq parodiya etməyəcəyini deyib:

“Veriliş apardığım ərəfədə o ab-havaya girmişdim. Artıq unuduram parodiyanı. Elza xanım hər zaman mənə deyir ki, incəsənət aləmi bir aktrisasın itirir. Səndən yaxşı aktrisa olar”.

Qeyd edək ki, müğənnilər arasında bir il əvvəl qalmaqal yaşanmışdı. Xatun Elzanı parodiya edib, şeirini ələ salmışdı.