GündəmMANŞETÜSTÜŞou-Biznes

Elnarə Natavanın “bostanına daş atdı”

Məşhur müğənni Elnarə Xəlilovanın “101 FM”də yayımlanan “Konfet” verilişində həmkarına söz atıb. Aktual mövzuları müzakirə edən Xəlilovanın qonağı bu dəfə modelyer Elnarə Bəkirova olub.

Fakttv.com oxu.az-a istinadən xəbər verir ki, Elnarə proqram müddətində Natavan Həbibiyə söz atıb.

O, modelyerə “Bəziləri toyunda üç gəlinlik geyinir. Buna necə baxırsınız?” sualını ünvanlayıb.

Modelyer isə “Bəli, geyinirlər. Amma bu, onların öz işidir”, – deyə cavab verib. Elnarə isə “Amma geyinənlər var” cavabı ilə yanan ocağa “benzin töküb”.

Elnarənin yaxın rəfiqə olduğu Natavana nə üçün söz atdığı sona qədər anlaşılmayıb. “W-trio” qrupunun keçmiş solistləri arasında soyuq küləklərin əsdiyi deyilir.

Xatırladaq ki, reper Səid Əliyevlə (Dado) 2017-ci ildə ailə quran Natavan toyunda üç gəlinlik dəyişib. Hazırda isə Həbibi hamiləliyinin beşinci ayındadır.

Fakttv.com

Comment here