Cəmiyyət

“Ege Hospital”a yeni baş direktor təyin olundu

Samir Şükürov “Ege Hospital”da baş direktor vəzifəsinə təyin edilib.

Samir Şükürov 2010-cu ildə Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika fakültəsini bitirib.

2011-2015-ci ildə Türkiyə Cümhuriyyəti Bezmialem Vakıf Universiteti Endokrinologiya və Metabolizma xəstəlikləri kafedrasında təhsil alıb. Doktor Samir Şükürov Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının doktorantı, Türkiyə Endokrinoloji və Metobolizma Dərnəyinin fəxri üzvü, Amerika və Avropa Endokrinologiya cəmiyyətinin həqiqi üzvüdür. Xarici və yerli jurnallarda çap olunmuş bir çox məqalələrin müəllifidir.

Qeyd edək ki, S.Şükürov həkim endokrinoloqdur. Bu vəzifədən öncə HB Güvən klinikasının endokrinologiya şöbəsinin müdiri və daha sonra baş həkimi vəzifəsində çalışıb. Hazırda “Ege Hospital”da baş direktor vəzifəsini icra edir.

Türkiyə və Azərbaycanın sayılıb seçilən professor, dosent, uzman həkimlərinin fəaliyyət göstərdiyi “Ege Hospital” hər zaman güclü, sağlam işçi heyəti, xəstə məmnuniyyəti, tibb texnologiyasındakı ən müasir avadanlıqları ilə tibbin bütün sahələrində fəaliyyət göstərib və bir çox müəssisələrdən seçilib.

Samir Şükürovun “Ege Hospital” komandasına daxil olması ilə xəstəxanamız daha böyük nailiyyətlərə imza atacaq. Baş direktor S.Şükürov bildirib ki,  perspektiv planımız  xəstəxanamızda Tibb sektorunun ən son nailiyyətlərini tətbiq etmək, tək ölkə ərazisində deyil, həm də ölkə xaricindən insanların müalicə üçün bizə üz tutmasını təmin etmək və yüksək peşəkarlıqla xalqımıza xidmət göstərməkdir.