ManşetÖlkə

E.Məmmədyarovun maraqlı mətbuat təbliğatı

E.Məmmədyarovun maraqlı mətbuat təbliğatı

Bu yaxınlarda mətbuatda yayılan bir video diqqətimizi cələb etdi:

Fakttv.com-un məlumatına görə,bu videoda xarici işlər naziri E.Məmmədyarovun öğlunun toyunda rəqs eləməsi və deputat R.Əliyevin qışıqırıq salaraq züy tutması kadrları əks olunmuşdu. Əslində bir coxları üçün burada qeyri-adi bir şey yoxdur. Adi bir toy məclisi deyib keçmək olardı. Amma məsələnin mahiyyətini araşdıranda ikrahverici bir durum yaranır. Belə ki, öz protokolu və işçiləri tərəfindən məqsədyönlü şəkildə yayılan bu videoda əsas məqsəd E.Məmmədyarovun oğlu Riyada necə bir sadə toy mərasimi təşkil etdiyini, Azərbaycan musiqisini necə sevdiyini və bu müsiqiyə ailəliklə rəqs etdiklərini nümayiş etditmək idi. Amma cidanı çuvalda gizlətmək olmur. Oğlu milliyəti bəlli olmayan bir Amerika vətəndaşı ilə ailə quran xarici siyasət idarəsinin başçısının azərbaycan musiqisinə qol götürüb rəqs etməsi onun 2016-cı ilin aprel hadisələrinin pik vaxtında E.Ramazottinin konsertində diş ağartması qədər iyrənc bir səhnə idi. Xatırladırıq ki, 2016-cı ilin aprel döyüşlərinin getdiyi, ordumuzun şəhidlər verməsi xəbərləri yayıldığı zaman E.Məmmədyarov ailəsi ilə birlikdə Bakıda təşkil edilmiş E.Ramozottinin konsertində mətbuata iyrənc bir şəkildə pozalar verməklə məşgul idi.

Bir də ki, toy mərasimi necə sadə keçib ki, fotolarda yeni evlənənlərin özəl təyyarədə bahalı nahar etmələri də öz əksini tapır. Hiddət doğuran başqa fakt isə bu toy mərasiminin vaxtı qondarma “Artsax Respublikası” tərəfindən BMT-də yayılmış qətnamə layihəsinin vaxtı ilə üst-üstə düşür.

Nəzərə cəlb edən başqa fakt isə xaricdə fəaliyyət göstərən müxalifət qüvvələrinin telekanallarında E.Məmmədyarova toxunulmaması və onun fəaliyyətinin diqqətdən kənarda qalmasıdır. Hətta Qənimət Zahid adlı bir müxalif jurnalist açıq-aşkar E. Məmmədyarovun müdafiəsinə qalxaraq, xarici siyasət idarəsindəki çatışmamazlığı və nazirlikdəki bərbad kadr siyasətinin günahını ölkə rəhbərində görür və bu səpkidə təbliğatla məşğuldur. Onun və digərlərinin verlişlərində E.Məmmədyarov “sudan çıxmış ağ qaşıq” kimi təqdim edilir, “xarici siayəsətin iflasını və nazirlliyin bərbad duruma düşməsini” ölkə Prezidenti və Prezident Administrasında axtararaq çaşqınlıq yaradırlar. Halbuki təyin edildiyi gündən ona göstərilən etmadı doğrulmaq əvəzinə şimalda tapdığı ağası S.Lavrovun əmrlərini yerinə yetirmək üçün var gücü ilə çalışdığı hamıya məlumdur. Bir də ki, hər kəsə məlumdur ki, Elmar Məmmədyarov və ailəsi Azərbaycana nə qədər nifrət edir. Bu nifərtin böyüklüyünün ən bariz nümunəsi kimi xarici işlər nazirinin və ailəsinin ünsüyyət zamanı inidiyədək dövlət dili olan azərbaycan dilinə yox, rus dilinə üstünlük verməsidir. Paradoksal haldır ki, Azərbaycanın Xaici işlər nazirinin qardaşı Rusiya, övladları işə Amerika vətəndaşıdırlar.

Bu yaxınlarda sabir xarici işlər naziri T.Zülfiqarovun sosial şəbəkələrdə paylaşdığı bir statusunda “bu sirki qurtarmaq, klounu öz əsl vətəninə qovmaq lazımdır” cümləsi ölkə ictimaiyyətində təbəssüm və alqışla qarşılanmışdır. Bəli, Tofiq müəllim, bu cür vətən xainlərini ölkədən qovmadıqca və ya həbs etmədikcə bu ünsürlər ölkəmizin mənafeyini yerdən-yerə vuracaq, onları təftiş edib iç üzlərini xalqa göstərənlərə qudurmuş it kimi saldıracaqlar.

(Davamı olacaq. İzləyin)