MANŞETÜSTÜŞou-Biznes

Dilarə Əliyeva həyat yoldaşı ilə ilk tanışlıqdan danışdı: “İnstitutun həyətində…”

“Birinci kursda oxuyanda qrup yoldaşımız nişanlandı. Hamımıza nişan konfeti paylaşdı. Onu da aparıb yastığımın altına qoydum. Subay qızıq, o fallar hamımıza maraqlıdır. Başımı qoydum yatdım. Mən hələ həyatda Oqtay kimi adamı görməmişdim, amma yatdım yuxumda onu gördüm”.

Bu sözləri Əməkdar artist Dilarə Əliyeva aparıcısı olduğu “Söhbət var” proqramında deyib. Məşhur aktrisa həyat yoldaşı Oqtay Əliyevlə tanışlığı barədə maraqlı açıqlama verib:

“Yuxudan durdum, bacıma dedim ki, yuxuda kök, saqqallı bir dənə oğlan görmüşəm. Bu söhbətin üstündən 2-3 ay keçəndən sonra institutun həyətinə girəndə, bir də gördüm Oqtay dayanıb oğlanlarla söhbət edir. Elə oldu, elə hərlənib-fırlandı ki, ondan bir il sonra biz ailə qurduq”.