MANŞETÜSTÜŞou-Biznes

“Deyirəm ki, xain xoflu olar” – TOLİKLƏ NAZİLƏ DÜŞMƏN OLDU

Aparıcı Tarix Əliyevlə şairə Nazilə Səfərli arasında qalmaqal yaşanıb.

Fakttv.com  Big.az-a istinadən xəbər verir ki, bu barədə Tolik şəxsi instagram hesabında paylaşım edib. O bildirib ki, Nazilə Səfərlinin Röya ilə rəqs etdiyi videoya şərh yazıb. Yazdığı xoşuna gəlməyən Nazilə Səfərli sözü gedən şərhi səhifəsindən silib:

“Deyirəm ki, xain xoflu olar! Nazilə də məncə xofludur, bu videonu səhifəsində paylaşıb. Mən də yazdım ki, necə sevinirsən Röya ilə oynayanda… Burda pis nə yazdım ki? Tez şərhimi silib. Mən də onun özünü sildim, getdi bloka! Mənim heç kimdən nə asılacağım var, nə də qorxacağım, nə də ki, keçəcəyim! Röya, onsuz da belə şeydə bəxti yoxdu. Səmimi olar, üzünə gülərlər, amma cürətləri çatmaz yazsınlar ki, nə yaxşı ki, varsan!”