MANŞETÜSTÜŞou-Biznes

Daha bir müğənni Təranə-Musa cütlüyünü ÖZÜNƏ DÜŞMƏN ELAN ETDİ – FOTO

Şou-biznesin ən sakit təbiətli müğənnilərindən hesab edilən Elton Hüseynəliyev sükutu pozub.

Fakttv.com  milli.az-a istinadən xəbər verir ki, müğənni İnstaqram hesabından xanım sənət yoldaşı Nazəninə dəstək nümayiş etdirib.

Elton Nazəninin düşmənini öz düşməni elan edib:

“Mənim bacım, əzizim, doğmam, ürəyimiz ailəmizin nazlısı Nazənini, səni çox istəyirəm bilirsən. Böyük bacım, mərd insan, gözəl xanım, əvəzolunmaz həyat yoldaşı! Məhəbbət qardaşımı isə lap çox istəyirəm. Çünki buna bir çox xoş səbəblər var. Mən onun üəyini bildim. Bu insan nə qədər təmiz niyyətli, böyük ədəb sahibi və əsl dostdur. Bil ki, nə qədər bu can var canımda, sizin düşməniniz mənim düşmənimdir, dostunuz dostumdur! ALLAH sizi bizə çox görməsin, doğmalarım”.

Xatırladaq ki, illərdir bir-biri ilə düşmənçilik edən Təranə və Nazəninin məhkəmə çəkişmələri hələ də davam edir.