GündəmMANŞETÜSTÜŞou-Biznes

“CinemaPlus”da Şərq gecəsi – FOTO/VİDEO

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında Şərq gecəsi və çoxdan gözlənilən Disney şirkətinin məhsulu olan “Ələddin” filminin nümayişi keçirilib. Kinoteatr şərq üslubunda bəzədilib.

Dekorda Şərqin bütün atributlarından istifadə olunub. Qonaqlar kinoteatrın sehrli ab-havasına heyran olub tədbirdə məmnuniyyətlə iştirak ediblər.

Filmin nümayişində məşhur ifaçılar, şoumenlər, bloqer və jurnalistlər qonaq olublar.

Filmin rejissoru Qay Riçidir.

Baş rollarda: Mena Massud, Naomi Scott, Uill Smit, Billi Maqnussen.

Süjetin mərkəzində – Ələddin adında gənc oğru şahzadə xanım Jasmin ilə evlənmək üçün şahzadə olmaq istəyir. Bu vaxt isə Aqrabanın vəziri Cəfər Aqraba üzərində hakimiyyətə yiyələnmək niyyətindədir. Bunun üçün o, möcüzələr mağarasında saxlanılan sehirli lampanı əldə etməyə çalışır. Lampaya icazəsi olan yeganə şəxsi isə “qeyri-məhdud almaz” adlandırırlar və elə həmin adam Ələddinin özüdür.

Tədbirin təşkilində dəstək göstəriblər: “Light in Black”, “Brimix” tərəfindən şou proqram, dekor şirkətləri “Lully`s Events Baku” və Strafor kəsim, furşet şirkətləri Basilur və Fresh Azcake, oriyental “Rəqqasə Аygün”, “Ideal Perfumery və Arabian Nights” kosmetikası, “Red Bull”, “145 Group”.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və sizi kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Bizimlə əlaqə saxlayın