MANŞETÜSTÜŞou-Biznes

“Çılpaqlardan, əxlaqsızlardan danışsınlar” – İzzətin hirsi soyumur

Müğənni İzzət Bağırov yenə səs-küyə səbəb olan leopard naxışlı köynəyindən danışıb.

Fakttv.com  axşam.az-a istinadən bildirir ki, sənətçi “Zaurla Günaydın” verilişində bunları deyib:

“Dedilər ki, İzzət yaşına uyğun geyinməyib. Çaşdım, qaldım… Dedim, çılpağam orada? Bütün günü çılpaq şəkil paylaşandan, İnstaqramı biabır fotolarla bəzəyənlərdən, efirdə ağzına gələni deyənlərdən, tərbiyəsizlik edənlərdən, əxlaqsızlardan danışan yoxdur. Leopard köynək geyindim, çox yaraşdı. Bunu həzm edə bilmədilər.

43 yaşım tamam oldu, gizlətmirəm. Hər yaşın öz gözəlliyi var. Əsas odur özünü formada saxlayasan. Bundan sonra da geyinəcəm, bəyənməyən baxmasın”.