Şou-Biznes

Castin Biber ikinci dəfə evlənir

Məşhur müğənni Castin Biber model sevgilisi Heyli Baldvinlə evlənir.

Castin Biber və sevgilisi keçən ilin sentyabrın 12-də Nyu-Yorkda nikaha girib. Cütlük evliliklərinin birinci ildönümü münasibətilə təmtəraqlı toy edəcək.

Sentyabrın 30-da Cənubi Karolinada toy edəcək cütlük qonaqlara dəvətnamələr paylayıb.

Gülməli tərzdə hazırlanan dəvətnamədə qeyd olunur:

“Bu xüsusi gündə sizinlə birlikdə olmaqdan şərəf duyuruq”.

Qeyd edək ki, Castin Biberin hazırda 250 milyon dollarlıq sərvəti var.

Sevinc Yasinqızı