MANŞETÜSTÜŞou-Biznes

Castin Biber dərin depressiyadadır – Musiqidən gedir

Kanadalı pop-müğənni Castin Biber qeyri-müəyyən müddətdə musiqi karyerasını dayandırdığını elan edib. Onun sözlərinə görə, bu müddət ərzində olduqca ciddi daxili problemlərini çözməyə çalışacaq.

Bu barədə müğənni şəxsi “Instagram” səhifəsində məlumat paylaşıb.

Müğənni ruh düşkünlüyü keçirdiyini, “hissələrə parçalanmağa” hazır olduğunu bildirib.

Artist deyib ki, yeniyetməlik illərindən bəri verdiyi qastrol konsertləri artıq ona heç bir sevinc gətirmir.

“Bütün yeniyetməlik həyatımı qastrollarda keçirmişəm, yəqin özünüz də görürdünüz ki, son turlarda heç də xoşbəxt deyildim. Mən buna layiq deyiləm. Siz buna layiq deyilsiniz. Canlı, enerjili, şən və rəngarəng şou üçün pul ödəyirsiniz axı”, – deyə Biber yazıb.

Xatırladaq ki, Biber 2018-ci ilin sentyabr ayında mətbuatdan gizli şəkildə model Heyli Bolduinlə evlənib. Onların hələ ki, övladı yoxdur.