GündəmMANŞETÜSTÜŞou-Biznes

Burak Özçivitlə Engin arasında “soyuq küləklər əsir”

Növbəti mövsümdə “Diriliş Ertuğrul”un davamı olacaq “Diriliş Osman”da baş rol oynayacaq aktyor Burak Özçivitlə hazırda ekran işində yer alan Engin Altan Düzyatan arasında soyuq küləklər əsir.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, Burak səsverməyə gedən zaman eyni məkanda olan həmkarına salam verməyib. Hətta Özçivit onu görməməzlikdən gəlib.

Medianın diqqətindən qaçmayan bu məqam qısa vaxtda xəbər portallarının manşetini bəzəyib. Eyni məktəbdə səs verən Özçivit və Engininin küsülü olduğu bildirilib.

Burakın Düzyatanı görən kimi telefonla oynamağa başlaması sualların meydana gəlməsinə səbəb olub. Özçivit məsələyə münasibət bildirib.

“Engin qardaşım gözəl və bacarıqlı iş ortaya çıxarır. Onu harada görsəm, salam da verərəm, söhbət də edərəm. Bizim aramızda belə hal yaşana bilməz” deyə, Burak açıqlamasında deyib.