HadisəMANŞETÜSTÜ

Bulvarda dənizə düşən şəxs xilas edildi

Sumqayıtda bir nəfər bulvarda dənizə düşüb.

Fövqəladə Hallar Nazirliyindən Fakttv.com-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində, Sumqayıt Dənizkənarı Bulvarı ərazisində, qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.​