AraşdırmaMANŞETÜSTÜ

Bu gün Zaqatalada gənc qızın həyatına son verməsi Vüsal Yüsifov

Bu gün Zaqatalada gənc qızın həyatına son verməsi “Qalib olmaq üçün qan tökülməlidir” teoreminin isbatıdır.Təbii ki,bu cür hadisələrlə tez tez rastlaşırıq.Səbəb isə müxtəlifdir.Səbəblərin kökündə isə Sovet ideologiyalı şəxslərin cəmiyyətdə aparıcı yer tutması və heç bir anlamı olmayan mentalitet anlayışıdır.Zaman keçdikcə Sovet ideologiyalı insanlar öz mövqeylərini itirməli olacaq və bu problem qismən həlli yolunu tapacaq.Məsələnin pis tərəfi isə mentalitet deyilən bir anlamın hansısa hüquqi bir müstəvisi və rəsmi qaydaları olmayan bir şeyin cəmiyyətimizə bu qədər müdaxilə etməsidir.Mentalitet məsələsi bir əhvalat xatırladır mənə.Vilayətlərin birində bir şah olur.Şahın ayaqlarında problem olduğu üçün yeriyən zaman axsayır.Şaha hörmətsizlik olmasın deyə ilk öncə şahın vəzirləri və sonra ardıcıllıqla bütün saray əhli axsayır.Vilayət əhli saray əhlinin hamsının axsadığını görüb və onlarda eyni cür axsamağa başlayır.Bir müddət sonra bir loğman gəlir və şahı müalicə edərək normal vəziyyətə gətirər.Lakin saray və vilayət əhlini müalicə etmək mümkün olmur.Səbəb isə xəsdəliyin onların şüur altı beynində dərin kök salması idi.
Bu günkü cəmiyyətimizdə eyni problemlə üz-üzədir.Mentalitet dediyimiz sağalmaz bir xəstəlikdir.Edəcəyimiz tək bir şey var.Bu cəmiyyətlə mübarizə aparıb onları bu xəstəlidən azad etməkdir.

Fakttv.com.Vüsal Yüsifov