DünyaİqtisadiyyatMANŞETÜSTÜ

Bu gün, ABŞ hökuməti üçün Huawei avadanlıqlarının alınmasına qoyulan qadağa qüvvəyə minir

Bu gün ABŞ hökuməti tərəfindən Huawei, ZTE və bir sıra digər Çin şirkətlərinin avadanlıqlarının alınmasına qoyulan qadağa qüvvəyə minir. Bu barədə Fakttv.com ABŞ Federal Ehtiyatlar Fonduna istinadən xəbər verir.

Qeyd edək ki, Çin şirkətlərinin siyahısına Huawei və ZTE-nin törəmə şirkətləri və bir sıra digər istehsalçılar daxildir: Bunlar Hangzhou Hikvision Rəqəmsal Texnologiyalar Şirkəti, Hytera Rabitə Korporasiyası və Dahua Texnologiya Şirkətidir.

ABŞ hökuməti sözcüsü deyib ki, Huawei şirkətinin fəaliyyəti ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətinə ziddir. 

Xatırladaq ki, bundan əvvəl ABŞ rəsmi şəkildə Çinin aparıcı şirkətlərindən biri olan Huawei-yə qarşı cinayət işinin başlanacağını elan etmişdi. Ədliyyə Nazirliyi onları İrana qarşı ABŞ sanksiyalarını pozmaqda ittiham etmişdi. Huawei ayrıca, 2012-ci ildə Amerikanın T-Mobile şirkətindən ticari məlumatları oğurlamaq cəhdində, xüsusilə də casusluqda ittiham edildi.

Bizimlə əlaqə saxlayın