KriminalMANŞETÜSTÜ

Bakının mərkəzində ŞOK HADİSƏ – 1 nəfər güllələndi

Avqustun 5-də Nərimanov rayonu ərazisində silahlı incident baş verib.

Fakttv.com  Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, avqustun 5-də Nərimanov rayonunun Atatürk prospektində naməlum şəxs xuliqanlıq zəminində Bakı şəhər sakini Z.Sədiyevin sağ ayaq nahiyəsinə odlu silahdan açdığı atəşlə xəsarət yetirib.

Z.Sədiyev xəstəxanaya gətirilib, vəziyyəti qənaətbəxşdir.

Bakı şəhər BPİ və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Salyan rayon sakini R.Sadıqov saxlanılıb.