HadisəMANŞETÜSTÜ

Bakıda daha bir ağır yol qəzası – ÖLƏN VAR

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Fakttv.com Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 14-də saat 15 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini E.Yəhyayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Astara rayon sakini Eldar Əliyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, dünən Nəsimi rayonunda da oxşar hadisə baş verib.