MANŞETÜSTÜŞou-Biznes

Azərbaycanlı müğənni ilə bağlı ilginc faktlar – Ögey atası hər şeyi danışdı/Video

Müğənni Sevda Yəhyayevanın ögey atası “Səni axtarıram” verilişinə çıxıb.

Fakttv.com xəbər verir ki, kişi sənətçi ilə bağlı gözlənilməz açıqlamalar verib. O iddia edib ki, Sevda anasını onun əlindən alıb:

“Sevda gəlib özünə xidmətçi kimi anasını aparıb. Mən onun ögey atasıyam. Anası ilə qeyri-rəsmi nikahda olmuşam. Onlar imkansız idilər, özüm baxmışam. Anasına dedi ki, gəl, mənə xidmət elə. Məni təhqir etdi, getdi. Evini təmir etdirmişəm. Yoldaşım demişdi ki, məni al. 2003-cü ildə bunu demişdi. Evinə gəlsin, onun 58 yaşı var, mənim isə 76 yaşım var. 60 yaşımda olan ailə qurmuşam. Onu 15 həftə hər gün “Yeni ulduz” verilişinə aparıb gətirmişəm. Onun anası ilə evlənəndə 60 yaşım var idi. Hamımız bir evdə yaşayırdıq”.

Qeyd edək ki, S.Yəhyayevanın atası o, kiçik yaşlarında olarkən vəfat edib.