MANŞETÜSTÜSiyasət

Azərbaycan üçün unikal şans – Onların dialoqu Bakıda baş tuta bilər

Ermənistanın indiki hakimiyyəti uzun müddət davam gətirə bilməyəcək və onun yenidən seçilmək perspektivi yoxdur.

Bunu Ermənistanın eks-prezidenti Robert Koçaryan “Qolos Armenii” qəzetinə müsahibəsində deyib.

O əmindir ki, hakimiyyət məsələsi istənilən halda küçələrdə – növbədənkənar parlament seçkilərində həll ediləcək:

“Bu hakimiyyət bu cür idarəetmə keyfiyyəti ilə uzun müddət davam gətirə bilməyəcək və onun təkrar seçilmək perspektivi yoxdur. Bununla yanaşı, artıq seçici populistlərdən boğaza yığılacaq və öz seçimində ehtiyatlı olacaq”.

R.Koçaryanın sözlərinə görə, müxalifət meydanında birləşmək üçün əlverişli zəmin var:

“Bu proseslərin vacib halqasını təşkil edəcəyəm, lakin mən tək olmayacağam. Ölkəyə sağlam qüvvələrin geniş konsolidasiyası lazımdır. Müxalifət meydanında birləşmə prosesi və tərəfdaşlığın formalaşması payızda başa çatacaq, siyasi mübarizə isə sistemli və miqyaslı hal alacaq”.