GündəmMANŞETÜSTÜ

Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsində irəliləyib

“Beynəlxalq Ordu Oyunları – 2019” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən Azərbaycan tankçıları finala bir pillə də yaxınlaşıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Birinci divizionun ilk yarışında Azərbaycan, Qazaxıstan, Çin və Serbiya komandaları iştirak ediblər. Yağışlı və küləkli əlverişsiz hava şəraitinə baxmayaraq Azərbaycan tankçıları qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəliblər.

Yarışın nəticələrinə əsasən estafeti birinci yerdə Qazaxıstan, ikinci yerdə Azərbaycan, üçüncü yerdə Çin və dördüncü yerdə Serbiya komandası başa vurub.

Avqustun 12-də birinci divizionun ikinci yarışı keçiriləcək.

 

Bizimlə əlaqə saxlayın