MANŞETÜSTÜŞou-Biznes

“Avroviziya-2019”da səsləri Faiq Ağayev elan edəcək

İctimai Televiziya və Radio Yayımları Şirkəti Təl-Əvivdə keçiriləcək “Avroviziya-2019” mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxsin adını açıqlayıb.oxu.az xəbər verir ki, məşhur mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən veriləcək səsləri Xalq artisti Faiq Ağayev elan edəcək.

Ağayev yarışmanın qaydalarına əsasən, final gecəsi iştirakçıların taleyini həll edəcək balları İTV-nin canlı efirində səsləndirəcək. Verilən ballar müsabiqə iştirakçılarının aktivinə əlavə ediləcək.

Qeyd edək ki, mayın 14-də start götürəcək mahnı yarışmasında təmsilçimiz Çingiz Mustafayev ikinci yarımfinalda “Truth” (Həqiqət) adlı bəstə ilə 18-ci nömrə altında çıxış edəcək.

“Arzulamağa cürət et” (Dare to Dream) şuarı ilə yayımlanancaq yarışmanın Azərbaycan üzrə şərhçisi isə bəstəkar-müğənni Murad Arif olacaq.