ManşetSiyasət

AŞPA-nın məruzəçisi Azərbaycan hökumətinə təşəkkür edib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə məruzəçisi Thorhild Sunna Evarsdottir Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

Fakttv.com  Fransa bürosu AŞPA-nın rəsmi saytına istinadən bildirir ki, məruzəçi Azərbaycan hökumətinin onun 5-7 sentyabr tarixlərində Azərbaycanda olduğu zamanı səfərini asanlaşdırdığını vurğulayıb.

“Mən Azərbaycan hökumətinə rəsmi iclaslar keçirdiyi, ümumiyyətlə, səfərimi asanlaşdırdığı üçün təşəkkürümü bildirirəm”, – o qeyd edib.

Thorhild Sunna Evarsdottir səfəri zamanı konstruktiv münasibət, eləcə də hər kəsin Avropa Şurası ilə işləməyə həvəsli olduğunu müşahidə etdiyini bildirib.