Zərdab rayon sakini, 2-ci qrup Qarabağ müharibəsi əlili Ziya Osmanovun obyekti bağlanıb. Dediyinə görə, ona məxsus olan obyektə kanalizasiya suları axdığından bərbad hala düşüb: “Zərdab rayonunda mənə məxsus olan çayxananı işlətməklə ailəmi dolandırırdım. Kanalizasiya suyu çayxanama axdığı üçün 3 ildir ki, fəaliyyətimi dayandırmalı olmuşam. Hazırda heç bir yerdə işləmirəm, ailəmi dolandırmaq üçün heç bir gəlir yerim yoxdur”.

Ziya Osmanov bildirib ki, problemlə əlaqədar Zərdab rayon icra hakimiyyətinə də müraciət edib, lakin hələ heç bir tədbir görülməyib: “Bu yaxınlarda intihara cəhd etdim, amma qarşısı alındı. Məni çağırıb soruşdular ki, səni kim öyrədir? Məni heç kim öyrətmir. İstəyirəm ki, kanalizasiya sularının bərbad hala saldığı obyektim istifadəyə yararlı hala gətirilsin. Ondan sonra çayxanamı açıb, ailəmi dolandıracağam”.

Qarabağ əlili onu da deyib ki, himayəsində 2 azyaşlı övladı var.

COŞQUN.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here