İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Useymin bu gün Azərbaycanın İƏT-də daimi nümayəndəsi təyin olunmuş Şahin Abdullayevi qəbul edib.

APA-nın təşkilatın rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə, eyni zamanda Azərbaycanın Ər-Riyaddakı səfiri olan Şahin Abdullayevi yeni təyinatı münasibətilə təbrik edən baş katib Yusif bin Əhməd əl-Useymin İƏT və Azərbaycan arasındakı əlaqələri və Azərbaycanın rəhbərliyinin təşkilatdakı rolunu yüksək qiymətləndirib.

O, həmçinin, İƏT-ə üzv olan bütün dövlətlərin ümumi mənafeyi naminə ticarət, turizm, mədəniyyət, idman və gənclər məsələlərini təşviq etmək üçün Azərbaycanla sıx əməkdaşlıq etmək istədiyini bildirib.

Səfir Şahin Abdullayev Azərbaycanın sülhün bərqərar olunmasında, təşkilata üzv olan dövlətlər arasındakı əlaqələrin inkişaf etdirilməsində, insanlıq naminə görülən müxtəlif növ işlərdə prinsipial mövqe tutmasına görə İƏT-in rolunu müsbət qiymətləndirdiyini bildirib.

Ş. Abdullayev Azərbaycanın təşkilatla əlaqələrini daha da inkişaf etdirmək və siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin genişləndirilməsi imkanlarını araşdırmasına dair öhdəliyini təsdiq edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here