İlham Əliyev Bolqarıstan prezidentinə məktub göndərdi

0
262

İlham Əliyev Bolqarıstan prezidentinə məktub göndərdi

İlham Əliyev Bolqarıstan prezidentinə məktub göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevə təbrik məktubu ünvanlayıb.

Avropa.info təbrikin mətnini təqdim edir:

“Hörmətli cənab Prezident, Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Bolqarıstan arasındakı ənənəvi dostluq münasibətləri, qarşılıqlı maraq doğuran əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ardıcıl şəkildə inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına daim sülh və firavanlıq diləyirəm”.

Fakttv.com

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here