ZƏRDABDA ŞƏHİD MANSUR ŞİRVANOQLUNUN XATİRƏSİ ANILDI

 

Fakttv.com xəbər verir ki.Fevralın 5-də Zərdab rayon Sarıqaya kənd tam orta məktəbində şəhid Mansur Şirvanoğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Şəhidin adını daşıyan məktəbdə təşkil olunan tədbirdə məktəbin müəllim kollektivi və şagirdləri, şəhidin doğmaları, kənd sakinləri, Zərdab rayon təhsil şöbəsinin müavini Mübariz Ismayılov və başqaları da iştirak ediblər. Tədbir şəhidin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra rayon təhsil şöbəsinin müavini Mübariz Ismayılov Vətən uğrunda canından keçən şəhidlərimizin qanının yerdə qalmayacağını deyib , dövlətimizin şəhidlərin ailələrinə göstərilən diqqət və qayğısından danışıb. Tədbirdə çıxış edən məktəbin keçmiş

direktoru Əyyub Abdıyev, hal-hazırkı direktor Nərminə Cəbrayılova, şəhidin qardaşı Elçin Qarayev, bacısı Rəhilə Cəbrayılova şəhid Mansur Şirvanoğlu haqqında xatirələrini danışdılar, şəhidin uşaqlıq illərini və məktəbli olduğu illəri yada saldılar. Məlumat verildi ki, 1975-ci ildə Sarıqaya kəndində anadan olmuş Qarayev Mansur Şirvan oğlu kənd tam orta məktəbini bitirib. M. Şirvanoğlu Qarabağ uğrunda gedən döyüşlərdə şərəflə vuruşub, 1994-cü il fevralın 4-də Füzuli rayonunun Kərmbəyli kəndi uğrunda gedən qızğın döyüşlərdə qəhrəmanlıqla şəhid olub. Şəhidin bacısı Rəhilə Cəbrayılovanın dediyinə görə, o vaxt ermənilər Mansuru öldürənə yüksək məbləğdə pul verəcəklərini də vəd etmişdilər… Kövrək və həzin duyğularla, kədərli təəssüratlarla, acılı-şirinli xatirələrlə yad olunan şəhidin anım tədbirindən sonra şəhidin məzarı ziyarət olunub, məzarı üstünə gül-çiçək dəstələri qoyulub.

Şəhidin bacısı R. Cəbrayılova şəhidin ailəsinə göstərilən diqqət və qayğıya görə Zərdab RTŞ-nin müdri Lalə Əmrəliyevaya xüsusi minnətdarlığını bildirdi.

FAKTTV:COŞQUN ABDULLAYEV

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here