“Türkiyədə çoxlu sayda casus var və aldıqları pul…” – Türkiyə kəşfiyyatının antiterror idarəsinin keçmiş rəhbərindən sensasiyalı açıqlamalar Müsahibə, TOP xəbər

0
110

“Türkiyədə çoxlu sayda casus var və aldıqları pul…” – Türkiyə kəşfiyyatının antiterror idarəsinin keçmiş rəhbərindən sensasiyalı açıqlamalar

“Türkiyədə çoxlu sayda casus var və aldıqları pul…” – Türkiyə kəşfiyyatının antiterror idarəsinin keçmiş rəhbərindən sensasiyalı açıqlamalar

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) Antiterror İdarəsinin keçmiş rəhbəri Mehmet Eymür “Nilliyyət” qəzetinə sensasion müsahibə verib.

 

FAKTTV Avropa.infoys istinadən xəbər verir ki, Mehmet Eymür müsahibəsində Türkiyədə çoxlu sayda casus olduğunu deyib.

– Türkiyədə çox sayda casus varmı? 

Çoxdur . Türkiyədə xaricilərə çalışan çox sayda insan var. Üzüntüvericidir, amma təəssüf ki, doğrudur. 1946-cı ildən bəri gizli servislər Türkiyədə at oynadır. Mən Ankarada çalışarkən Mərkəzi Kəşfiyyat İdarəsi kimi kəşfiyyat aparan və fəaliyyət göstərən Amerika Hava Qüvvələrinin Baş Qərargahına işləyən bir zabitin agent olduğunu üzə çıxardıq və qərərgaha bildirdik. Cavab belə gəlmədi.

-Necə agent kimi cəlb edirlər?  Sadəcə, pul, yoxsa?

Ümumiyyətlə, oğlunu, qızı oxutmaq, ya da pulla. Pullar da çox böyük rəqəmlər deyil. Bizim Savaşman vardı, məsələn, ABŞ-da haradasa zibil təmizləyənə verilən 500-600 dollar kimi kimi bir pul alırdı.

-Səfirliklərdə, konsulluqlarda çox agent varmı?

Akkreditə olanlar məlumdur, amma onlardan başqa heç tanımadığımız insanlarda çıxır. Bu keçmişdən var. Məsələn, bir ər və arvad vardı, qadın bizim təşkilatla MKİ arasında əlaqə məmuru, əri də səfirlikdə çalışırdı. ABŞ-a gedəndə öyrəndim ki, əri də MKİ-də çalışır.

-MKİ-nin İŞİD-lə əlaqəsi varmı?

Qətiyyətlə var. Onların istifadə etdikləri bir vasitədir İŞİD , İslama qarşı yararlanırlar. Pul olmasa heç bir təşkilat öz özünə ayaqda qala bilməz.

– MKİ, yoxsa Mossad Kəşfiyyat Xidmətimi?

Müştərək deyə bilərsən. Onsuz da MKİ oldumu ingilis xidməti MI6-nı da düşünəcəksən. Hamısı eyni komandadır.

-Amma İŞİD ABŞ-ı da hədəf alır. 

Ona baxsan DHKP-C-də vaxtında amerikalılara qarşı terror etdi, amma ABŞ heç nə etmədi. Arada olur, çünki bütün DHKP-C-lilər üst tərəfdəki əlaqələri bilmirlər ki. Yəni şefinin nə etdiyini, kimlərlə görüşdüyü, haradan yardım aldığından xəbərləri yoxdur.

– İŞİD-in rəhbərliyi  MKİ, Mossad Kəşfiyyat Xidmətinin və ya MI6-nın birgə işidirmi yəni?

İŞİD-ə rəhbərlik edənlərin içində mütləq onların adamları var. İŞİD bizim işimizə gəlmədiyinə görə, kimin işinə yarayırsa ona baxmaq lazımdır. PKK-da da eyni vəziyyətdir. PKK-nın silahları haradan gəldi, necə ayaqda qaldı? Səddam zamanında PKK-ya tardım atırdılar, təyyarələrlə. PKK-lılarla bir albom fotoları da üzə çıxdı.

-Bu halda MİT ilə MKİ bir-birinə necə güvənir?

Onsuz da içimizdə var adamları, ondan alırlar məlumatları . Yəni güvənib güvənməmə məsələsi deyil. MİT-i başdan aşağı dəyişdirmələri lazımdır. Məsələn, MİT-in içindəki ikinci adam hələ də həbsxanadadır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here