MANŞETÜSTÜSosial

Aprel döyüşləri zamanı Bakıda polislər — GÖRÜN NƏ EDİBMİŞ – 3 İLLİK SİRR

Azərbaycan Ordusunun qələbəsi ilə bitən aprel döyüşləri başlayanda Bakı Polis Qarnizonundan yüzlərlə polis əməkdaşı döyüşə getmək üçün yazılı və şifahi müraciətlər ünvanlayıb.
Fakttv.com “Ölkə.Az”ın məlumatına
əsasən xəbər verir ki, bu barədə məlumat Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) facebook səhifəsində yer alıb.
Belə ki, polis serjantları ilə yanaşı, yüksək rütbəli zabitlər müraciətlər və raportlar yazaraq xidmət yerinin səngərə dəyişdirilməsi ilə bağlı müraciətlərdə özlərini Vətən üçün fəda etməyə hazır olduqlarını bildiriblər: “Səngərdə döyüşən, canını Vətən üçün fəda edən oğullarımızdan artıq olmadıqları həmin müraciətlərin ana xəttini təşkil etmişdir: Azərbaycan Polisi səngərsiz əsgərdir!”